Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 11:00
Altı günlük iş rejimində işləyən vətəndaşlar vaksinasiya oluna bilmirlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bazar günü peyvəndlənmə üçün müraciət edənlər qapı arxasında qalırlar.
Onların sözlərinə görə, işdən çıxdıqları vaxt polklinikaların iş saatı bitmiş olur, qeyri-iş günlərində isə qapı arxasında qalırlar.
Gün ərzində getdiyimiz 5 poliklinikada eyni vəziyyətlə rastlaşdıq.
Bu problem tək Bakıda deyil, elə Sumqayıtda da yaşanır.
Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib ki, vaksinasiya prosesi poliklinikalarda həftənin 6 günü həyata keçirilir.
Qeyd edək ki, vaksinasiya üçün növbə götürmək məqsədilə yaradılmış randevu saytının da bazar günü üçün növbə vermədiyinin şahidi olduq.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, iş rejiminə nəzarət Operativ Qərargah tərəfindən müəyyənləşdirilir.
Operativ Qərargahdan isə məsələ ilə bağlı münasibət öyrənməyə çalışsaq da, iş günü olmadığı üçün bir nəticə əldə edə bilmədik.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: