Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''ın ulduzu əsəbiləşib özündən çıxdı: ''Komandadan gedirəm''

''Real''ın ulduzu əsəbiləşib özündən çıxdı: ''Komandadan gedirəm''

Tarix: 28 Oktyabr 2025 13:08

"Real Madrid"in braziliyalı futbolçusu Vinisius Junior komandadan getmək niyyətində olduğunu açıqlayıb.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, ulduz oyunçu "Barselona" ilə keçirilən "El-Klasiko" matçında əvəzləndiyi anda əsəblərinə hakim ola bilməyib.

Qarşılaşmanın 72-ci dəqiqəsində əvəz olunduğunu öyrənən Vinisius qəzəblənərək soyunub-geyinmə otağına yollanıb və bildirib:

"Komandadan gedirəm... getməyim daha yaxşıdır."

Qeyd edək ki, 25 yaşlı braziliyalı futbolçu 2018-ci ildən "Real Madrid"in heyətində çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

Xatırladaq ki, "Real Madrid" "El-Klasiko"da "Barselona" üzərində 2:1 hesablı qələbə qazanıb.

Hüseyn


Etiketlər:  Realın ulduzu əsəbiləşib özündən çıxdı Komandadan gedirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ