Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 13:48
Azərbaycanın veteran futbolçusu, “Neftçi”nin əfsanəvi hücumçusu olmuş Samir Ələkbərov Ukrayna Premyer Liqasında yarışan “Lvov” klubunda fəaliyyətə başlayıb.
Qol.az-ın xəbərinə görə, S.Ələkbərov baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisi təyin olunub. “Lvov” klubunun rəsmi saytında da həmyerlimiz məşqçi kimi göstərilib.
50 yaşlı mütəxəssis artıq 2 aydır “Lvov”da çalışır.
O bildirib ki, Ukrayna Premyar Liqasının səviyyəsi yüksəkdir. “Bura azərbaycanlı futbolçuların gətirilməsində vasitəçi ola bilərəmmi? Bu, mənim səlahiyyətimdə deyil. Ukraynada daha çox cənubi amerikalı futbolçulara üstünlük verilir. Əgər klub rəhbərliyi və baş məşqçi azərbaycanlı futbolçularla maraqlanarsa, məmnuniyətlə, onlarla bağlı məlumat verərəm” – deyə S.Ələkbərov bildirib.
Xatırladaq ki, veteran futbolçumuz bir müddət Azərbaycanın U-21 millisinin baş məşqçisi, eləcə də bir neçə klubumuzda məşqçi işləyib.