Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 16:56
Bu gün "Lider Tv və Radio-Azərbaycan" televiziyasının son yayım günüdür. Kanal MTRŞ-nın qərarı ilə bu gecə saat 00.00-da yayımını dayandıracaq. Bu qərara məyus olan köhnə "liderçi"lər saat 18.00-da telekanalın qarşısında toplaşaraq son yayım günündə onunla vidalaşacaqlar.
Qeyd edək ki, "Lider" 2000-ci ildə sentyabrın 1-də fəaliyyətə başlayıb. "Space" telekanalında isə maaşların verilməsinə başlanılıb.
Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, kanal əməkdaşlarının bir qisminin əmək məvacibləri keçən həftənin son günü hesablarına oturub. Bir hissəsinə isə bu gün əmək haqqlarının ödəniləcəyi söz verilib.
Qeyd edək ki, Space telekanalında böyük maliyyə problemi olduğu üçün işçilər 8-9 ay məvacib ala bilmir. Hazırda kanalın əməkdaşlarına ancaq 1 aylıq əmək haqqı ödənilib.
Xatırladaq ki, mayın 20-də Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov "Space" Müstəqil Teleradio şirkətinə rəhbər təyin olunub.