Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 10:54
Honqkonqda peyvəndləməni sürətləndirmək üçün maraqlı üsula əl atılıb. Peyvəndin hər iki dozasını qəbul edən şəxslər külli miqdarda büdcəsi olan lotereyada oynamaq imkanı qazanacaq.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, məqsəd əhali arasında peyvəndləmə prosesinin genişləndirməkdir.
Lotereyanın əsas mükafatı 1,4 milyon dollar dəyərində yeni mənzildir. Bundan başqa uduşa 20 nəğd pul mükafatı da qoyulub - 13 min ABŞ dolları.
Beynəlxalq Hava Limanının rəhbərliyi isə öz işçiləri və şəhər sakinləri üçün sentyabr ayının sonuna qədər iki doza peyvənd alacaq sərnişinlərə 60 min Honkonq dolları dəyərində aviabiletlər vəd edib.
Qeyd edək ki, Honqkong hökuməti əhalinin, xüsusən də gənclər arasında aşağı səviyyədə peyvənd olunmasından narahatdır. 7,5 milyon əhalisi olan metropol sakinlərinin 17,6% -i koronavirus peyvəndinin ilk dozasını, 12,9 %-i isə hər iki dozasını qəbul edib.