Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti həyat yoldaşı haqda: ''Mənsiz yaşaya bilməz''

Xalq artisti həyat yoldaşı haqda: ''Mənsiz yaşaya bilməz''

Tarix: 1 Iyun 2021 20:20

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı Ziya bəydən bəhs edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda "ATV maqazin onlarla"ya danışan müğənni ərinə mahnı həsr etdiyini söyləyib. O, həyat yoldaşının mənfi xüsusiyyətlərindən söz açıb:

"Sənsiz" mahnısını yoldaşıma həsr etmişəm. Mənsiz yaşaya bilməz, məni hədsiz çox sevir. Mən də onu sevirəm. Sevib alıb. Çünki başım sənətə qarışmışdı. Məni xoşbəxt qadın, ana edib. Ona dörd övlad bəxş etmişəm, bundan gözəl nə ola bilər.

Rəqs etməyi sevmir. Arada öz məclislərimizdə ola bilər. Ciddi xasiyyəti var. Evində zarafat edər, deyib-gülər. Amma kənarda heç vaxt.

Onun ən böyük hədiyyəsi mən, mənimsə odur. Başqa hədiyyələr isə ummuram. Ad günlərində, özəl günlərdə olanları hədiyyə hesab etmirəm. Önəmlisi can sağlığıdır. Hər bir gəncə arzulayıram ki, sənətlə bahəm ailəsi də olsun".


Etiketlər:  Xalq artisti həyat yoldaşı haqda Mənsiz yaşaya bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ