Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada hidrogen mühərrikli avtomobil yarışa qatılıb

Yaponiyada hidrogen mühərrikli avtomobil yarışa qatılıb

Tarix: 1 Iyun 2021 23:08

Yaponiyada hidrogen yanacağı ilə işləyən mühərrikli, ekoloji cəhətdən təmiz yeni növ avtomobil yarışda iştirak edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Toyota" şirkəti tərəfindən hazırlanmış həmin avtomobil hidrogen yanacağı ilə işləyir. Bu hidrmobil bütün dünyada avtomobil istehsalçılarının karbon qazı yaymayan elektromobillərin istehsalını tənzimləməyə çalışdığı bir vaxtda yarışa qatılıb.

Bildirilir ki, dözümlülük uğrunda 24 saat davam edən yarış mayın 22-də Şizuoka prefekturasında start götürüb.

Yarışın iştirakçıları arasında çox az miqdarda karbon qazı yayan hidromobil də yer alıb. Qeyd edilir ki, bu maşının mühərriki benzin əvəzinə hidrogen ilə hava qarışığını yanacaq kimi işlədir.

Yarış zolağında onun saatda 200 kilometr sürətlə hərəkət etdiyi də bildirilir.

Milli.Az


Etiketlər:  Yaponiyada hidrogen mühərrikli avtomobil yarışa qatılıb


RƏYLƏR