Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 10:30
Beynəlxalq uşaqların müdafiə günündə təəssüf ki, xoş olmayan bir xəbər aldıq. Belə ki, Ağcabədi rayonunda 2006-cı il təvəllüdlü azyaşlı dünyaya övlad gətirib. Cəmi 15 yaşında onu erkən nikaha kim məcbur edib? Əməkdaşlarımızın araşdırmasını təqdim edirik.
Ağcabədidə 15 yaşlı qız ana olub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, doğum şöbəsinin müdiri Nəzakət Quliyevanın sözlərinə görə, qız doğum şöbəsinə ağrılar və bölgə yanı mayenin axmasıyla daxil olub.
Nənəsi Şərəf xanım isə deyir ki, onlar qızın ərə getməsinə razı olsalar da əslində toyu 18 yaşa çatanda etməyi nəzərdə tutublar. Lakin azyaşlının 24 yaşlı həyat yoldaşı Sadiq Cəfərovun anasının erkən yaşda rəhmətə getməsi bu məsələni tezləşdirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da məsələyə münasibət bildirib. Deyib ki, erkən nikah çox vaxt yaşlı nəslin nümayəndələrinin normal bildiyi hərəkət olsa da artıq bəzi savadlı ailələrdə də bu hal müşahidə olunur.
Ağcabədi rayon polis şöbəsindən isə bildirilib ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.