Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 17:38
17:36
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova vəzifəsindən ayrılıb.
Sonxeber.net modern.az xəbər verir ki, bu barədə Səmayə Məmmədova özünün açıqlamasında bildirib.
Onun sözlərinə görə, öz istəyi ilə 2007-ci ildən çalışdığı vəzifədən ayrılıb:
"Əslində mən bu xəbəri sizinlə rəsmi iş məzuniyyətim bitdikdən sonra bölüşməyi planlaşdırırdım. Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim mənəvi atam, dostum, qardaşım, böyük məktəbim, həyatım boyu haqqında qürurla danışacağım doğmam oldu.
Bundan sonrakı dönəmdə də hər kəsə böyük uğurlar, can sağlığı arzu edir, bir daha nazirliyin fəaliyyətində göstərdiyiniz dəstək və dostluğunuz üçün təşəkkürümü bildirirəm!".
Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsi müvəqqəti olaraq Azərbaycan İdman Jurnalistləri Assosiasiyanın rəhbəri, "İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyevə həvalə olunub.
-------
16:42
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova vəzifəsindən ayrılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda məzuniyyətdə olan nazirlik rəsmisi istefa barədə ərizə yazıb.
Rəhbərlik onun ərizəsini qəbul edib. Məmmədovanın vəzifəsindən getməsi yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.
Onu bu postda isə Azərbaycan İdman Jurnalistləri Assosiasiyanın rəhbəri Qabil Mehdiyev əvəzləyəcək.
Mehdiyevin təyinatı da S.Məmmədovanın rəsmi gedişindən sonra ictimaiyyətə bildiriləcək.
Qeyd edək ki, Səmayə Məmmədovanın vəzifəsindən ayrılması barədə ilk xəbəri matc.az saytı yayıb.