Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 10:27
Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Report"a sənətçinin ailəsindən məlumat verilib.
Xalq artisti hazırda xəstəxanada müalicə olunur: "Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur ki, koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti stabil-ağırıdır".
Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.