Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 10:52
"Anqara manyakı" kimi tanınan Mixail Popkov əlavə olaraq 9 il 8 ay azadlıqdan məhrumetmə cəzası alıb.
Sonxeber.net bildirir ki, məhkəmənin qərarı ilə o, bir qədər əvvəl iki ömürlük həbs cəzası almışdı.
M.Popkov 84 nəfəri xüsusi amansızlıqla zorlayaraq qətlə yetirdiyini etiraf etmişdi. İndisə o, daha 2 nəfəri zorlayaraq öldürdüyünü boynuna alıb.
Mixail Popkov Rusiya tarixinin ən qəddar seriya qatili hesab olunur. O, dünyaca məşhur manyak Çikatilodan iki dəfə çox adam öldürüb.
Xatırladaq ki, Mixail Popkov cinayətlərini Rusiyanın İrkutsk vilayəti, Buryatiya Respublikasında, Çita vilayətində və Primyore diyarında törədib. Popkov zamanında İrkutsk vilayətinin Anqarsk şəhərində milis işləyib. Sonra maşın alış-verişi ilə məşğul olub.