Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azəriqaz'' Bakıda məscidin yarım milyonluq borcu ilə bağlı məlumat yayıb

''Azəriqaz'' Bakıda məscidin yarım milyonluq borcu ilə bağlı məlumat yayıb

Tarix: 4 Iyun 2021 16:20

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinə 592 min 412 manat təbii qazdan istifadəyə görə borcun yazılmasına dair mətbuat səhifələrində məlumatlar dərc olunmaqdadır.

Bununla bağlı "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, bu borc "Azəriqaz"ın fəaliyyət göstərdiyi 2009-cu ildən öncəki dövrü əhatə edir:

"Borcun böyük məbləğdə olmasına baxmayaraq, məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb. Təbii qazın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinə müraciət olunub, lakin məscidin müvafiq qurumda qeydiyyatının olmaması və müqaviləni fiziki şəxsin adına bağlamaq istəyi kimi səbəblərdən bu, mümkün olmayıb".


Etiketlər:  Azəriqaz Bakıda məscidin yarım milyonluq borcu ilə bağlı məlumat yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ