Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 18:18
Şəhid Fuad Xankişiyev vətən müharibəsinə yollananda qeyrət davamızdır demişdi. Füzuli, Xocavənd və Şuşa uğrunda gedən qızğın döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib. Ölümündən sonra o 3 medalla təltif olunub.
Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsində canını fəda edərək torpaqlarımızın işğaldan azad edilməsində onun da payı var. Söhbət 1996-cı il aprelin 12-də Mingəçevirdə anadan olmuş Fuad Xankişiyevdən gedir. Uşaq yaşlarından maraqlı əl işləri və idmana marağı ilə seçilib. Cüdo üzrə şəhər və ölkə birinciliklərinin qalibi olub.
O, Vətən müharibəsinə ötən il oktyabrın 5-də qatılıb. Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Ötən il noyabrın 3-də qəhrəmancasına şəhid olub.
İki bacının yeganə qardaşı olan Fuad Xankişiyev qohum əqrabanın sevimlisiydi. Döyüşə gedəndə isə babası ilə görüşüb ondan xeyir-dua alıb.
24 yaşında şəhidliyə ucalan Fuad Xankişiyev, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə'', Füzulinin azad olunmasına görə'' medalları ilə təltif edilib.