Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stoltenberg Rusiya ilə Çin arasındakı əməkdaşlığın gücləndirilməsini ciddi problem adlandırdı

Stoltenberg Rusiya ilə Çin arasındakı əməkdaşlığın gücləndirilməsini ciddi problem adlandırdı

Tarix: 6 Iyun 2021 16:06

NATO Baş katibi Yens Stoltenberg Rusiya ilə Çin arasındakı əməkdaşlığın getdikcə daha da yaxınlaşdığını və bunun Şimali Atlantika ittifaqı üçün yeni ciddi bir problemi olduğunu iddia edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə o, "Welt am Sonntag" qəzetinə verdiyi müsahibəsində bildirib:

"Bildiririk ki, Rusiya və Çin son vaxtlar həm siyasi, həm də hərbi baxımdan daha sıx əməkdaşlıq edir".

Onun fikrincə, Moskva və Pekin BMT daxil olmaqla beynəlxalq təşkilatlardakı fəaliyyətlərini getdikcə daha çox koordinasiya edirlər:

"Bundan əlavə, iki ölkə birgə manevrlər, uzun mənzilli döyüş təyyarələri və dəniz əməliyyatları həyata keçirir və döyüş sistemlərinin istifadəsi, internet üzərində nəzarət sahəsində fəal şəkildə təcrübə mübadiləsi aparırlar".


Etiketlər:  Stoltenberg Rusiya ilə Çin arasındakı əməkdaşlığın gücləndirilməsini ciddi problem adlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ