Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranın poladəritmə zavodunda yanğın baş verib - VİDEO

İranın poladəritmə zavodunda yanğın baş verib - VİDEO

Tarix: 6 Iyun 2021 19:24

İranın Kirman vilayətindəki Zərənd poladəritmə zavodunda güclü yanğın baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Zərənd şəhərinin meri Əli Sadıqzadə xəbər verib ki, bu gün səhər saatlarında zavodun kürəsində temperaturun yüksəlməsi püskürməyə səbəb olub və ərimiş polad ətrafa dağılıb. Yanğın zavodun daxilindəki sexdə başlayıb və tez-bir zamanda yayılıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları gəlib. Yanğını söndürülüb, 1 nəfə isə yaralanıb.

Qeyd etmək lazımdır ki, Zərənd poladəritmə zavodu İranın ağır sənayesinin iri müəssisələrindən biridir. Zərənd poladəritmə zavodu 2021-ci ilin yanvar ayında ABŞ tərəfindən sanksiya tətbiq olunan şirkətə məxsusdur.

Milli.Az


Etiketlər:  İranın poladəritmə zavodunda yanğın baş verib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ