Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2021 21:03
ABŞ tibb mütəxəssisləri 100 min insanın sağlamlığı üzərində müşahidələrinin nəticəsində bu qərara gəliblər ki, qazlı şirin içkilər kolon - bağırsaq xərçəngi xəstəliklərini artırır.
Sonxeber.net xəbər verir ki, müşahidələr 24 il ərzində iştirakçıların vərdiş, qidalanma və sağlamlıq göstəricilərini daim nəzarətdə saxlayıblar.
Analizlər göstərib ki, gündə 2 və daha çox sayda qazlı içki içən qadınlarda bağırsaq xərçəngi 2,3 dəfə artır.
Eləcə də qazlı şirəli içkiləri uşaqlıq və yeniyetməlikdən içmək 40 yaşdan sonra xərçəng olma riskini 32% dəfə yüksəldir.
13-21 yaş arası müntəzəm olaraq qazlı su içənlərdə bağırsaq xərçəngi yarana bilir.
Alimlər bunu onunla izah edir ki, qazlı içkilər bağırsaqda təhlükəli mikroblar yaradır, iltihabı aktivləşdirir, piylənmə yaradır, bağırsaq divarlarını aşılayır. /medicina.az