Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2021 22:56
Artıq iyun ayındayıq. Sonxeber.net bildirir ki, pandemiyanın kölgəsində keçən 2020/2021-ci tədris ilinin başa çatmasına sayılı günlər qalıb. Əlbəttə ki, 11 il təhsil alan hər kəsin xatirəsində son günlər xüsusi iz qoyur. Keçən ilin son zəngi onlayn qaydada çalınsa da, bu il şagirdlər bu günün keçiriləcəyinə çox ümidlidirlər. Bəs məktəblilərin ən yadda qalan günü bu il hansı formada təşkil olunacaq?
Elə orta məktəb həyatlarını bu il başa vuracaq şagirdləri də məhz bu sual maraqlandırır. Pandemik vəziyyətin başa çatmaması onların son zəng arzularını ürəklərində qoya bilər.
Onbirincilər deyirlər ki, pandemiya başladığı gündən sinif yoldaşlarından ayrı düşüblər. Dostları ilə yenidən bir araya gəlib, son günü xatirələrinə hopdurmaq indi onların ən böyük arzusudur.
Hətta məzunlar son zəng tədbirinin daha məhdud çərçivədə keçirilməsinə də razıdırlar.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, hələlik son zəng tədbirlərinin keçirilməsi və ya hansı formada keçiriləcəyi ilə bağlı qərar yoxdur. /xezerxeber.az