Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 14:36
ABŞ Kosmik Agentliyi (NASA) və 10 yerli şirkət arasında kosmik texnologiyaların hazırlanması haqqında tərəfdaşlıq müqaviləsi imzalanıb. Maraqlı müqavilələrdən biri isə iş adamı və milyarder İlon Maska məxsus "SpaceX" şirkəti ilə bağlanan saziş olacaq. Belə ki, mühəndislərin birgə fəaliyyəti kosmik aparatlara yanacağın doldurulması üzrə texnologiyanı dəyişməyə imkan verəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "SpaceX" şirkətinin vəzifəsi raket yanacağının orbitə çıxarılması üçün lazım olan texnologiyaların inkişafından, eləcə də "Starship" kosmik gəmisinin hazırlanmasından ibarət olacaq. Uçuş aparatının son təyinat məntəqələri kimi Ay və Mars göstərilir.
Bundan başqa, "SpaceX" agentliyin "Artemis" adlı daha bir iddialı layihəsinə qoşulacaq. Plana görə, 2024-cü ilədək insanların Aya ekspedisiyası və onun səthinə enməsi təşkil olunacaq.
Bildirilir ki, tərəflər kosmosda effektiv yanacaqdoldurma üsullarının hazırlanmasında maraqlıdır. Bu, qeyd olunan şəraitdə texnoloji baxımdan ən prioritet və çətin vəzifələrdən hesab olunur. "SpaceX" həlli 2020-ci ildə tətbiq edildikdən sonra layihə reallaşdırma mərhələsinə keçəcək.
"Amazon" şirkətinin təsisçisi və rəhbəri Ceff Bezosa məxsus "Blue Origin" şirkətinin vəzifəsi isə Aya dəqiq eniş üçün naviqasiya sisteminin hazırlanması olacaq. Şirkət kosmik stansiyanın ətraf temperaturun -173 dərəcəyədək düşməsi ilə 2 həftə davam edən aylı gecələr ərzində işini təmin edən generatorun hazırlanması üçün məsuliyyət daşıyacaq.
Nizam Nuriyev