Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pandemiyadan qazanclı çıxanlar: Onlar “Gelenvagen“, “Rolls-Royce“, “BMW X6“ aldılar...

Pandemiyadan qazanclı çıxanlar: Onlar “Gelenvagen“, “Rolls-Royce“, “BMW X6“ aldılar...

Tarix: 8 Iyun 2021 20:15

Koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin qaydalarına əsasən toyların keçirilməsinə qadağa qoyulub. Artıq bir ildən çoxdur toylarla bağlı bu qadağanın gündəmdə olması gəliri bu sahədən çıxan müğənnilərə təsirsiz ötüşməyib.

Pandemiya bir çox sahələri zəiflətdiyi kimi, toy və şou proqramlardan pul qazanan sənət nümayəndələrindən də yan keçmədi, onların konsertləri, əsas gəlir yerləri olan toy şənlikləri ləğv olundu. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, daima dəbdəbəli həyat tərzi sürməyə öyrəşmiş şou-biznes nümayəndələrinin bir qismi pulsuzluqdan gileylənərək evini, maşını satışa çıxardı.

Pandemiya ilə əlaqədar müğənni Xuraman Şuşalı, Samirə Yusifqızı, Aynur Dadaşova, Teymur Əmrah evini satışa çıxardı. Bahar Lətifqızı həm evini, həm də maşınını satdı.

Buna baxmayaraq,  məşhurların bəziləri özləri yeni avtomobillər aldı:

Əməkdar artist Cavanşir Məmmədov bir müddət əvvəl özünə aldığı "Rolls-Royce" markalı maşınını verilişlərin birindəb nümayiş etdirmişdi. Məmmədov qiymətini açıqlamaq istəmədiyini avtomobilini hərracdan aldığını bildirərək onu özünə Qələbə günü münasibətilə aldığını qeyd etmişdi.

Bir neçə həftə öncə müğənni Aytac Vidadiqızı lüks avtomobili ilə diqqət çəkib. O özünə yenə "Galenvagen" markalı avtomobil alıb.

Aktyor Müşviq Şahverdiyev yeni avtomobil alanlar sırasındadır. Belə ki, aktyor keçən ilin əvvəllərində "BMW X6" markalı maşınını eyni markadan olan daha bahalısı ilə əvəz etmişdi. Bir neçə gün əvvəl sənətçi sosial şəbəkə hesabında daha bir avtomobilində görüntülərini yayıb.

Ötən gün müğənni-bəstəkar Ramal İsrafilov da yeni avtomobilinin fotosunu paylaşıb.

Sənətçi maşını ilə fotosunu İnstaqram profilində yerləşdirib. 

Milli.Az


Etiketlər:  Pandemiyadan qazanclı çıxanlar Onlar Gelenvagen Rolls Royce BMW X6 aldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ