Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 21:56
Ölkədə ilk dəfə olaraq "Açıq bankçılıq" prinsipləri əsasında AÖS-də müştərilərin və onlara aid bank hesablarının məsafədən qeydiyyatdan keçirilməsi, silinməsi, qalıq üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə funksionallıqlar yaradılıb
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hazırda "Yapı Kredi Bank Azərbaycan" QSC, "Unibank" KB ASC, "AFB Bank", "Azər-Türk Bank" ASC müştəriləri cari və ödəniş kartı hesabları üzrə, "Premium Bank" ASC, "Günay Bank" ASC, "Muğanbank" ASC, "Naxçıvanbank" ASC, "Bank Avrasiya" ASC, "Bank Respublika" ASC, "Turanbank" ASC və Bank "BTB" ASC müştəriləri isə cari hesablar üzrə sistemin qeyd edilən funksionallıqlarından yararlana bilər. Eyni zamanda, müştərilər AÖS-ün "AniPay" mobil tətbiqindən ( Android: və IOS: ) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.
Qeyd edək ki, hazırda 19 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və "Azərpoçt" MMC AÖS platformasına inteqrasiya olunmuşdur. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcəkdir.