Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sel Şəkidə yolu və körpünü dağıdıb, bir kəndlə əlaqə kəsilib - VİDEO

Sel Şəkidə yolu və körpünü dağıdıb, bir kəndlə əlaqə kəsilib - VİDEO

Tarix: 9 Iyun 2021 14:54

Son günlər yağan şiddətli yağış və iri ölçülü dolu Quruçay çayında selin yaranmasına səbəb olub. Sel nəticəsində Şəkinin Baş Göynük-Baş Şabalıd kənd yolunun 200 metrdən çox hissəsi yararsız hala düşüb. Kəndə gedən böyük bir yol tamamilə dağılıb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, quruçay çayı üzərində olan körpü tamamilə dağılıb. Nəticədə 1 100 sakini olan Bağ Şabalıd kəndinin rayon mərkəzi ilə birləşdirən yeganə yolu kəsilib.

Sakinləri ən çox narahat edən isə yolun bu vəziyyətdə olmasının onların işini çətinləşdirməsidir.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 nömrəli Şəki yol istismar idarəsi tərəfindən Baş Şabalıd yolunun Quruçay hissəsində alternativ yol qurulur.

Dəyən zərərin hesablanması, körpü və yolların yenidən əsaslı qrulmasının təşkili məqsədilə kənddə Fövqəlada Hallar Nazirliyinin nümayəndələri araşdırmalara başlayıb.

Baş Şabalıd və Göynük kəndlərində mövcud çətinliklərin aradan qaldırılması üçün kənd rəsmiləri tərəfindən aidiyyəti qrumlara, xidmət təşkilatlarına müraciətlər olunub.

Hazırda alternativ yolun bərpası başa çatdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Şəkidə yolu körpünü dağıdıb kəndlə əlaqə kəsilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ