Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəlbəcər yaylaqlarına köç başladı - VİDEO

Kəlbəcər yaylaqlarına köç başladı - VİDEO

Tarix: 11 Iyun 2021 11:16

Uzun illər erməni işğalı altında qalan Kəlbəcər yaylaqlarına sözün əsl mənasında həyat qayıdır. Minlərlə xırdabuynuzlu və iribuynuzlu heyvan Murov yolu ilə  yenicə çiçəklənən yaylaqlara qaldırılır.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki,bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər birmənalı qarşılanmayıb. 

"Xəzər Xəbər"ə açıqlama verən Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov deyib ki, artıq 10-15 gündür bəzi təsərrüfatlardakı sürülərin yaylaqlara aparılmasına rəsmi icazə verilib. Həmçinin həmin sürülər xüsusi nəzarətlə, mina təhlükəsi olmayan ərazilərlə yaylaqlara qaldırılıb.

Aqil Məmmədov hesab edir ki, bu həm də iqtisadi baxımdan olduqca mühim addımdır. Çünkü Aran rayonlarında sıxlıq azalacaq. Bu isə ot və yemin qiymətinin gələcəkdə ucuzlaşmasına səbəb ola bilər.

Sürülərlə yanaşı bəzi arı təsərrüfatları da Kəlbəcərə aparılıb.

Daxili İşlər Nazirliyi də görüntülərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin inspektoru Anar Qafarov həmin sürülərin kimlərə məxsus olduğunu açıqlayıb.

Qeyd edək ki, kənd təsərrüfatı baxımından yüksək potensialı olan Qarabağın otlaq sahələrinin 22.2 faizi Kəlbəcərin payına düşür. Məlumata görə, hələ sovetlər dönəmində Kəlbəcər yaylaqlarına 20 rayonun mal-qarası aparılırmış.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Kəlbəcər yaylaqlarına köç başladı VİDEO


RƏYLƏR