Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Açıq-saçıq geyinmirəm, çərçivələrim var''

''Açıq-saçıq geyinmirəm, çərçivələrim var''

Tarix: 11 Iyun 2021 13:40

"İşlərimi hər zaman stilist Elnur Həsənova həvalə edirəm. Fikirlərinə güvənirəm. İstədiyimi hər zaman həyata keçirirəm. Peşəkarlarla çalışmağı sevirəm. Ona görə də işlərim gec-gec olur. Həm maddi, həm mənəvi güc qoyuram".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Səhər mərkəzi" proqramında deyib. O, stilist Elnur Həsənovla işbirliyindən danışıb. Gülay özünə qoyduğu qadağalardan söz açıb:

"Elnura inamım var. İnam varsa, işin sonu yaxşı bitir. Elnur bilir ki, açıq-saçıq geyinmirəm, çərçivələrim var. Öz istəklərim fikirlərim hər zaman var.

Hər kəsin özünün seçdiyi peşə, addım var. Bir də qismət var. Filankəs gəldi, partlayış etdi... Etdi etdi. Xanım olaraq özümə özgüvənim o qədər var ki... Bunu yaxınlarım da bilir. Sosial şəbəkədə nəyəsə baxıram, xoşum gəlirsə, sona kimi baxacam, gəlməsə yox. Yaxınlaşdırım, qüsur axtarım etmirəm".


Etiketlər:  Açıq saçıq geyinmirəm çərçivələrim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ