Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-London aviareysi bərpa olundu

Bakı-London aviareysi bərpa olundu

Tarix: 11 Iyun 2021 18:56

Bu gündən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə başlayır.

Bu barədə Milli.Az-a AZAL-dan bildirilib.

Qeyd olunub ki, ilk uçuş bu gün saat 12:30-da həyata keçiriləcək. Ümumiyyətlə, sentyabrın əvvəlinədək uçuşlar həftədə bir dəfə "Airbus" təyyarələri ilə yerinə yetiriləcək.

Xatırladaq ki, daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulurdu. Lakin London istiqamətində uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədar reysin açılması iyun ayına keçirilmişdi.

Milli.Az


Etiketlər:  Bakı London aviareysi bərpa olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ