Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 10:54
Cənubi Muğan kanalının istismari yenidən qurulur
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, cənubi Muğan kanalı vasitəsilə Cəlilabad, Biləsuvar, Cəbrayıl və qismən İmişli rayonunun ümumilikdə 80 min hektara yaxın əkin sahəsi suvarılır. Suvarma mövsümündə sahələrə vaxtında və tələbata uyğun çatdırılan su məhsuldarlığın da artmasına səbəb olacaq.
Cənubi Muğan kanalı 2 hissədən ibarətdir: yeni və köhnə. Bəhrəmtəpə hidroqovşağı vasitəsiylə Araz çayından götürülən su Yeni Cənubi Muğan kanalı vasitəsilə tələbatçılara çatdırılır. Bu gördüyünüz kanal isə Köhnə Cənubi Muğan kanalıdır. uzunluğu 54 km olan bu kanal Biləsuvar və Cəlilabad rayonlarının əkin sahələrini suvarma suyu ilə təmin edir.
Suvarma mövsümü ərzində tələbata uyğun olaraq Cənubi Muğan kanalı planlı surətdə, növbəlilik əsasında suvarma suyu ilə əkin sahələrini təmin edir. Cənubi Muğan kanalının istismarı idarəsinin balansında ümumi uzunluğu 136 km olan magistral suvarma kanalları var. Həmin kanalların 46 km-i beton üzlüklüdür, 90 km isə torpaq məcralıdır.
Cənubi Muğan kanalının istismarı suvarma idarələrinin tələbatı əsasında qurulur. Yaxın illər ərzində su itkisinin qarşısını almaq məqsədilə qalan torpaq məcralı kanalların da beton üzlüyə alınması planlaşdırılır. Hazırda bu istiqamətdə layihə-smeta sənədlərinin hazırlanması işləri gedir.