Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

AQTA Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tarix: 6 Avqust 2019 10:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Qida Təhlükəsizliyi Agentliyi Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Trend-ə Agentlikdən məlumat verilib.

Məlumatda bildirilir: "Hazırda daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanası və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfərə çatıb. Müraciət edənlərin 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AQTA Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı


RƏYLƏR