Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 19:12
"Samsung Electronics" şirkətinin mütəxəssisləri insanın dərisinə bərkidilə bilən elastik OLED ekranlar hazırlayıblar. Yeni texnologiya əsasında hazırlanmış daşınan həllər real vaxt rejimində nəbz və digər biometrik məlumatları izləməyə və göstərməyə imkan verəcək.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, tədqiqatın nəticələri "Science Advances" nəşrində dərc edilib. Dünyada ilk dəfə elastik ekranlar əsasında işləyən məhsulların işi əyani nümayiş etdirilib. "Samsung Advanced Institute of Technology" elmi tədqiqat bölməsi tərəfindən hazırlanmış yeniliklər "fotopletizmoqrafiya" sensoruna malik yeni tip matrislərin uğurlu inteqrasiyasını nümayiş etdirir.
Əsas tədqiqatçı Yun Yanq Сunun sözlərinə görə, texnologiya böyüklər, uşaqlar və hətta körpələr, həmçinin müəyyən xəstəliklərli olan pasiyentlər üçün daşınan tibbi cihazlarda tətbiq edilə bilər.