Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2021 11:16
"Ermənistan Azərbaycana Azərbaycanın minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib".
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.
O qeyd edib ki, Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi Ermənistan üçün prioritetdir.
Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.