Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2021 21:56
Aktrisa Çiğdem Batur illər əvvəl təcavüz edən kişi yenidən ortaya çıxıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi üsyan edib. Batur "Bu şəxsin cəza alması üçün canla-başla çalışacağam" deyib.
Çiğdem yaşadığı qorxulu anları izləyiciləri ilə bölüşüb:
"4-5 il əvvəl bir məhkəməm var idi. Erdinç adlı bir təcavüzçü mənə mesajlar yazır, zənglər edirdi. Ailəmi, ətrafımdakılara təcavüz etdi. Evimə çiçəklər, hədiyyələr göndərdi. Tamaşalarımın hamısına bilet alırdı. Hakim cəza vermədi. 4-5 ildi üstünə getmədiyim üçün yenidən başlayıb. Özünü haqlı görür. Dostlarıma belə zəng edir. Onu yenidən məhkəməyə verəcəm, cəza almasına çalışacam".