Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2021 23:04
Bakıda narkotik ittihamı ilə həbs edilən şəxslər hakim qarşısına çıxarılıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik və qaçaqmalçılıq ittihamı ilə həbs edilən Qabil Məmmədov və Ləman Şirəliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Məhkəmənin hökmü ilə Qabil Məmmədov 8, Ləman Şirəliyeva isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə sevgili olan bu şəxslər İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən narkotik vasitələrin satışı ilə məşğul olublar. Onlara həmçinin narkotik vasitədən istifadə maddəsi ilə də cəza təyin edilib.