Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2021 23:48
"Hamı deyir Pərvinin paxıllığını çəkirəm. Pərvinin paxıllığını çəkib nə edirəm? Başdan ayağa silikondu, nəyinin paxıllığını çəkim?"
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu sözləri model Səmra Hüseynova aktrisa Pərvin Abıyevanın ünvanına sosil şəbəkədə yazıb. O, bir vaxtlar yaxın rəfiqə olduğu Pərvinlə küsmələrinin səbəbini açıqlayıb:
"Pərvinlə əlaqə yoxdur, ola da bilməz. Bir rəfiqəsi xəstələnib, 3 ay yataqda qaldı. Gedib onunla-bununla klublarda əylənirdi, rəfiqəsinin yanına gəlmədi. Onda o insan insan sayılmır. Yanıma gəlmədiyi, anama əl qaldıran insanla dostluq etdiyi üçün onu silmişəm. Həqiqət budur. Kim kimi geri çevirib hamı bilsin. Dəfələrlə zəng vurub yalvarıb da, vecimə almamışam".