Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 11:50
9-10 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarında dörd şagird maksimum nəticə göstərib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, imtahanların nəticələrinə əsasən, 9-cu sinif şagirdi olan 4 nəfər 300 bal toplayıb.
Bunlardan ikisi texniki-humanitar liseyin şagirdləri Aysel Sadıqova və Aysel Səfərzadə, digəri 291 nömrəli ekologiya liseyinin şagirdi Tagıyeva Zöhrə, biri isə 47 nömrəli tam orta məktəbin şagirdi Sadıxova Həcərdir.
Maksimum nəticə göstərən Həcər deyir ki, yüksək bal toplayacağına inansa da, bütün sualları düz yaza biləcəyi heç vaxt ağlına gəlməyib.
Həcərin sözlərinə görə, ailəsi və müəllimləri ona özündən daha çox inanıb. O, yalnız ingilis dili və riyaziyyat fənni üzrə hazırlıqlara gedib. Dərslərin onlayın keçirilməsi isə məqsədini dəyişməyib. Demək olar ki, hər gün axşam saat 9-a qədər fasiləsiz dərs oxuyub.
Onun bundan sonrakı məqsədi daha çox çalışıb, ən yükək nəticəni qəbul imtahanında toplmaqdır. İstədiyi balı toplayarsa Bakı Dövlət Universitetinin hüquq fakültəsini seçəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: