Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo AÇ-nin tarixinə düşdü

Ronaldo AÇ-nin tarixinə düşdü

Tarix: 16 Iyun 2021 09:40

AÇ-2020-nin F qrupunun Macarıstanla oyunu Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo üçün əlamətdar olub. "Qafqazinfo" xəbər verir ki, start heyətində meydana çıxan və sonadək mübarizə aparan 36 yaşlı hücumçu 5 Avropa çempionatında forma geyinən ilk futbolçu kimi tairxə düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli forvard daha əvvəl 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilmiş turnirlərin iştirakçısı olmuşdu.

Qeyd edək ki, İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas da 5 Avropa çempionatına qatılıb. Amma o, Ronaldodan fərqli olaraq, 2000 və 2016-cı illərdəki turnirlərdə ehtiyatda qalıb.

Portuqaliya yığmasının Macarıstana vurduğu qollardan ikisinin müəllifi Ronaldo olub. Bununla da hücumçu qitə birinciliklərində vurduğu qolların sayını 11-ə çatdırıb. Nəticədə o, 11 qolla Avropa çempionatlarının tarixində ən sərrast oyunçu ünvanını ələ keçirib. O, 9 qolu olan Fransa millisinin sabiq forvardı Mişel Platinini geridə qoyub. Veteran futbolçu qolların hamısını AÇ-1984-də vurub.

Ronaldo Macarıstanla oyunda daha bir ilkə imza atıb. O, Avropa çempionatları tarixində milli komandası ilə ən çox (12) qələbə qazanan futbolçu olub.

Milli.Az


Etiketlər:  Ronaldo tarixinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ