Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2021 17:25
Beş aylıq hamilə olan türkiyəli pop müğənni Bengü bir müddət əvvəl koronavirusa qarşı peyvənd vurdurub.
"Snob Magazin" xəbər verir ki, onun hamilə olmasına rəğmən peyvənd vurdurması müzakirələrə səbəb olub.
"Hamiləlik müddətində koronavirusa yoluxsam, bunun riski daha böyük olar. İnşallah körpəm anticisimlə doğulacaq".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, popçu bildirib ki, gələn ay toyda, avqustda da konsertlər başlayanda səhnəyə çıxacaq və doğuma qədər səhnədə olacaq:
"Çünki hamiləliyi xəstəlik kimi görmürəm".
O deyib ki, ilk hamiləliyində də doğuma qədər iş başında olub. Müğənni doğulacaq övladına əri Səlimin adını verəcəklərini bildirib.