Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya 3 faizlik inflyasiyanın astanasındadır

Almaniya 3 faizlik inflyasiyanın astanasındadır

Tarix: 16 Iyun 2021 22:44

AFR Federal İqtisadiyyat Nazirliyinin bu gün dərc olunmuş hesabatında xəbərdarlıq edilir ki, cari ilin ikinci yarısından etibarən ölkədə təqribən 3 faizlik inflyasiya gözlənilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Almaniya İqtisadiyyat Nazirliyinin bu proqnozu satışdan vergi dərəcələrinin müvəqqəti aşağı salınmasına əsaslanır. Bu fakt istehlak bazarında özünü göstərir.

Hesabatda qeyd edilir ki, may ayında inflyasiya göstəricisi son 10 ildə ən yüksək həddə - 2,5 faizə çatıb və bunun əsas səbəbi enerji daşıyıcılarının bahalaşması ilə bağlıdır.

Lakin hökumət ümid edir ki, bu tendensiya yalnız cari ildə davam edəcək, çox ehtimal ki, gələn ilin əvvəlindən qiymət artımı zəifləyəcək.

Xatırladaq ki, keçən il COVID-19 pandemiyası səbəbindən Avropanın ən iri iqtisadiyyatında təqribən 5 faiz geriləmə müşahidə olunub.


Etiketlər:  Almaniya faizlik inflyasiyanın astanasındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ