Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün dəstəyini dayandıracaq

Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün  dəstəyini dayandıracaq

Tarix: 17 Iyun 2021 21:40

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin nə zaman təqdim olunacaqlarını açıqlayıb. Həmin drayverlərin istifadəyə verilməsindən sonra şirkət artıq köhnəlmiş hesab olunan bu əməliyyat sistemləri ilə uyğunlaşan videokartları üçün yalnız kritik təhlükəsizlik yenilənmələrini təqdim edəcək. Kritik təhlükəsizlik yenilənmələri isə videokartların performanslarına heç bir təsir göstərməyəcəklər. Nvidia təmsilçiləri bildiriblər ki, kritik təhlükəsizlik yenilənmələri 2024-cü ilin sentyabr ayına kimi təqdim ediləcək.

Bununla belə Windows 7, 8 və 8.1 əməliyyat sistemlərinin istifadəçiləri üçün yeni funksiyalar ilə yaxşı optimizasiyalı drayverlər aktiv olmayacaqlar. Nvidia bildirib ki, bu qərar Microsoft şirkətinin Windows 7 ilə Windows 8-in dəstəklərinin dayandırılması bəyanatından sonra qəbul edilib. Bununla belə Windows 8.1 əməliyyat sistemi 2023-cü ilə kimi yeni drayverləri əldə edəcək. Nvidia-nın statistikasına əsasən GeForce videokartlarına sahib istifadəçilərin çox hissəsi artıq Windows 10-a keçid edib. Windows 7 ilə Windows 8-ə gəldikdə isə onlar son Nvidia drayverlərini bu ilin 31 avqust tarixində əldə edəcəklər.


Etiketlər:  Nvidia şirkəti Windows üçün dəstəyini dayandıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ