Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda 5 ayda 863 nəfər boğulub

İranda 5 ayda 863 nəfər boğulub

Tarix: 7 Avqust 2019 01:12

Bakı. Elnur Bağışov - Trend:

İranda dəniz, çay, göl, su anbarları və su hovuzlarında 138 gün ərzində 863 nəfər boğulub.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, onların 565-i həyatını itirib.

Boğulanların 5%-i 3 yaşdan aşağı, 15%-i 4-10 yaş, 22%-i 11-21 yaş, 24%-i 21-30 yaş, 16%-i 31-40 yaş, 7%-i 41-50 yaş, 5%-i 51-60 yaş, 7%-i 61 yaşdan yuxarı şəxslərdir:

“Ən azyaşlısı – 6 aylıq oğlan uşağı Ərdəbilin Təzəkənd kəndində boğulub, onun həyatını xilas etmək mümkün olub. Ən yaşlı şəxs- 95 yaşlı kişi isə Urmiyada boğulub və dünyasını dəyişib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda ayda nəfər boğulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ