Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər

Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər

Tarix: 7 Avqust 2019 02:28

Bakı. Trend:

ABŞ Konqresinin respublikaçıları və demokratları ölkə prezidenti Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilərlər.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, Konqres üzvləri Türkiyəyə qarşı sanksiyaların bu ölkənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbindən tətbiq edilməyini istəyirlər.

Sanksiyalar 20170ci ildə ABŞ-da qəbul edilən "CAATSA" ("Amerika əleyhinə olanlara qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında") qanununa uyğun olaraq tətbiq edilməlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ