Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda yol qəzası baş verib

Qaxda yol qəzası baş verib

Tarix: 19 Iyun 2021 12:00

Qaxda minik avtomobili aşıb, yaralılar var.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Qax-Zaqatala yolunun, Qax rayonu Güllük kənd ərazisindən keçən hissəsində baş verib.

"Mersedes" markalı minik avtomobili Qax rayonundan, Zaqatala rayon istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Qaxda yol qəzası baş verib


RƏYLƏR