Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2021 11:09
Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri olaraq, 15 iyun 2021-ci il tarixli "Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasını məmnuniyyətlə qarşıladığımızı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə həyata vəsiqə qazanan, iki qətiyyətli Lider tərəfindən imzalanan sənədi yüksək dəyərləndirir və bütün gücümüzlə dəstəklədiyimizi bildiririk.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bəyannamə yalnız iki qardaş ölkənin deyil, bütün Türk dünyasının həmrəyliyini ifadə edən və gücləndirən, eləcə də Avrasiya coğrafiyası üçün sülh, sabitlik və inkişaf vəd edən bir çox müddəanı özündə ehtiva edir. Odur ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları birlik və həmrəyliyimizin əhəmiyyətli olduğunu diqqətə çatdırmaqla digər türksoylu ölkələrin, həmçinin sülhsevər digər icmalarla birgə fəaliyyətin əhəmiyyətli olduğunu vurğulayırıq.
Xüsusi olaraq qeyd etmək istəyirik ki, sözügedən sənədin imzalanma tarixinin seçilməsi özündə iki böyük tarixin nişanələrini əks etdirir. Hesab edirik ki, Azərbaycanın Milli Qurtuluş Günündə və Qars müqaviləsinin yüzüncü ildönümündə imzalanması hər iki liderin Türkiyə Cümhuriyyətinin banısi Mustafa Kamal Atatürkə və ümummilli lider Heydər Əliyevə olan tükənməz sevgi və ehtiramın nişanəsidir. Məhz Mustafa Kamal Atatürkün "Naxçıvan türkün qapısıdır",-ifadəsi və tapşırıqları ilə Naxçıvan bölgəsinə muxtar dövlət statusunun verilməsi hazırda türk dünyasının nəqliyyat və kommunikasiya baxımından birləşmək fürsətini yaratmışdır.
Artıq dövlət müstəqilliyinin otuzuncu ildönümünü şərəflə yaşayan tüksoylu ölkələr ötən dövrdə böyük inkişaf yolu keçiblər. Həmrəylik və birlik çağırışlarımız yalnız türksoylu xalqların tərəqqisi üçün deyil, bütün dünyada mehriban dostluq, səmimi qonşuluq, birgəyaşayış mədəniyyətinin nümayişi olaraq örnəyə çevrilib. Bütün bunlar milli simamız və dəyərlərimizdir.
Əziz və dəyərli yurddaşlar, soydaşlar, dindaşlar və məsləkdaşlar yaşadığımız dünyada sülh və sabitliyin qorunması, təbliği və təşviqində diaspor təşkilatları və media qurumlarının da üzərinə ağır və şərəfli məsuliyyət qoyur. Bu məsuliyyətin bir istiqaməti də Azərbaycan və Türkiyəyə aid həqiqətlərin dünya birliyinə düzgün çatdırılması, xalqlarımıza, ölkələrimizə qarşı yalan və iftiraların dəf edilməsidir. Son illər məhz birgə səylərimiz nəticəsində saxta "erməni məsələsi"ndən doğan bütün irtica fəaliyyətlərin ifşası istiqamətində əhəmiyyətli addımlar atmışıq. Lakin bütün bunlar yetərli deyildir. Sözügedən Bəyannamə əməkdaşlıq, inkişaf, tərəqqi və rifah üçün unikal imkanlar yaratmaqdadır.
Ermənistanın, erməni millətçi dairələrin, lobbi təşkilatlarının Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların saxtalaşdırılması əsasında siyasiləşdirilmiş qərarların həqiqət kimi təqdim olunması son dərəcə təhlükəlidir və birgə səylərlə bunları dəf etməliyik. Bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləməklə real işlərə rəvac verməliyik.
Prezident İlham Əliyevin söylədiyi və Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın da dəstəklədiyi kimi: bir millətin iki diasporu ola bilməz.
Birmənalı olaraq qeyd etmək istəyirik ki, müxtəlif ölkələrdə yaşayan Azərbaycan və Türkiyə diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, məruz qaldığımız ümumi problemlərin qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi səmərəli fəaliyyət üçün yeganə düzgün yoldur.
Milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının koordinasiyalı şəkildə birgə fəaliyyətləri gücümüzü artırar, nəticələri yüksəldər.
Bu bəyanatı yazmaqda və yaymaqda məqsədimiz bir daha Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Şuşa Bəyənnaməsinin tarixi əhəmiyyətini yüksək dəyərləndirdiyimizi nümayiş etdirmək, güclü, qüdrətli, yenilməz, xalqların birliyinin və dostluğunun qaranti olan ittifaqın qorunmasına və inkişafı naminə yumruq kimi birləşmiş diaspora çevrilmək niyyətimizi ifadə edirik. Azərbaycan və Türkiyənin diaspor təşkilatları yalnız və yalnız ittifaq şəkilində birləşmiş fəaliyyət göstərməklə əsas hədəflərə nail ola bilərlər. Bir olaq, diri olaq, güclü olaq, müttəfiq olaq.
Müracaiəti imzalayan təşkilatlar:
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (Azərbaycan Evi)
Hatay Azərbaycan Evi
Yalova Əsassız Erməni İddilaları ilə Mübarizə Dərnəyi
Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi
İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi
Azərbaycan Təhsil və Kültür Dərnəyi
Eskişəhər Azərbaycanlılar Dərnəyi
Gənc Azərbaycanlılar Dərnəyi
Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyi
Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası
Kocaeli Azərbaycan Heydər Əliyev Kültür Evi Dərnəyi
Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası
Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi
Türkiyə Azərbaycan Dərnəyi
Iğdır Azərbaycan Evi
Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi
İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi
Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi
Çağdaş Azərbaycan Kültür Dərnəyi
Ədirnə Azərbaycan Evi Dərnəyi
Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi
Azərbaycanlı Həkimlər Dərnəyi
İstanbul-Azərbaycan Dostluq Dərnəyi
"Buta" Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi
Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
Kayseri Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi
"Xəzər" Azərbaycan Xalq Rəqsləri Dərnəyi
Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi
Anka - Azərbaycan Rəqs və Sənət Klubu
İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi
Araz Doğa Sporları və Kültür Klubu Dərnəyi
Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyi
İstanbul Azərbaycan Kültür Evi
İstanbul Heydər Əliyev adına Azərbaycan məktəbi
Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyi
Balıkesir Azərbaycan Evi Dərnəyi
"Azərbaycan Xalqlar Dostluğu" Dərnəyi
Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi
"Mübariz" Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi
Azərbaycan Gənclərinin İstanbul Hərəkatı
İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu
Celal Bayar Üniversitesi Manisa Azərbaycanlı Tələbələr Topluluğu
Düzce Üniversitesi Türk Dünyası Topluluğu
Bülent Ecevit Universitetinin nəzdində Azərbaycan Kültür Topluluğu
Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi
Konya Azərbaycanlı Tələbələr Birliyi
Sakaryada Azərbaycan Kültür və Həmrəylik Topluluğu
Manisa Azərbaycanlı Tələbələr Birliyi
Kayseri Azərbaycanlı Tələbələr Birliyi
Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi
Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi
Azərbaycan Kipr Dostluq Cəmiyyəti
Azərbaycan - Kipr Gənclər Təşkilatı
Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Birliyi
Elazığ Azərbaycan Mədəniyyət və Tələbə Gənclər Birliyi
"Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi"
Qars Azərbaycan Evi Dərnəyi
İğdır Vakfı
Azərbaycan Çanaqqala Dərnəyi
"Gəlcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı"
"Azərbaycan Deyincə" Dərnəyi
AzArt - Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu
Alanya Azərbaycanlılar Dərnəyi
Zile Azərbaycan Qarabağlılar Yardımlaşma və Dayanışma Dərnəyi
Azərbaycan Kültür Mərkəzi Dərnəyi
Türkiyə Anadolu Aydınlar Ocağı
Türkiyə Azərbaycan Dev Kardeşlik, Candaşlık və Strateji Platformu
Türk Kültür Platformu
"Yeşil İğdır" qəzeti