Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2021 17:12
FİFA-nın prezidenti Gianni İnfantino Bakıya gələcək.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.
Bildirilib ki, bu gün AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə - Türkiyə oyununu izləmək üçün FİFA-nın prezidenti Gianni İnfantino paytaxtımıza gələcək.
Həmçinin UEFA-nın baş katibi Teodor Teodoridis bu gün Bakıya gələcək və görüşü stadiondan izləyəcək.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.