Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 11:04
Parlament seçkisində güclü əzm və iradə göstərən N.Paşinyanın qalib gəlməsi və R.Koçaryan kimi bir caninin hakimiyyətə yolunun bağlanması müsbət hadisədir. Xalqın əksəriyyəti Rusiyanın qəzəbindın qorxmadı, Putin mifini yerə vurdu, müharibəyə və dolayısı ilə Qarabağ avantürasına "yox" dedi. Regionda yeni müharibə ehtimalı sıfıra düşdü, revanşizm aktuallığını itirdi. Qarabağ klanı biabırcasına məğlub oldu.
Məlum oldu ki, Paşinyan düşünüldüyü qədər də sadə fiqur deyildir. O, Rusiyadan qaynaqlanan müharibənin acı nəticələrini, ölkəyə və xalqa hansı zərbələr vurulduğunu görüb-yaşadığından Qərb yönümlü siyasətini davam etdirəcək, bu kontekstdə Türkiyə və Azərbaycanla münasibətlər yaxşılaşacaq. Bakı ilə sərhəd məsələləri və Zəngəzur dəhlizi problemi tezliklə həll olunacaq, nəqliyyat xətləri işləyəcək.
Bunlarla yanaşı Yerevan-Moskva münasibətlərində gərginlik artacaq, Rusiya Qarabağ kartını fəallaşdıracaq. Qərbin iştirakilə birbaşa Azərbaycan-Ermənistan dialoqu başlasa hər iki ölkə Rusiya təhlükəsini minimuma endirə biləcək...
Qulu Məhərrəmli, politoloq