Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MMC işçisi krandan yıxılaraq öldü

MMC işçisi krandan yıxılaraq öldü

Tarix: 21 Iyun 2021 12:50

Xaçmaz rayonunda yaşayış binasının tikintisi zamanı ölüm hadisəsi baş verib.

Xaçmaz rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, iyunun 19-u saat 13 radələrində Xaçmaz rayonu ərazisində yerləşən "Xaçmaz Yaşayış Kompleksi"ndə Kamran Cəfərov təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölüb.

Müəyyən edilib ki, "Kranpartner" MMC-də quraşdırıcı kimi çalışan 1994-cü il təvəllüdlü Kamran Cəfərov kranın seksiyalarının quraşdırılması işlərini apararkən krandan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


Etiketlər:  işçisi krandan yıxılaraq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ