Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 08:54
AVRO-2020-də 1/8 finalın daha bir cütü müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, iyunun 26-da Amsterdamda qarşılaşacaq komandalar dəqiqləşib.
A qrupunda ikinci olan Uelsin rəqibi iyunun 21-dəki matçlardan sonra bəlli olub. B qrupunda ikinci olan Danimarka böyük britaniyalılarla üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Həmin gün Londonda baş tutacaq İtaliya - Avstriya cütü isə daha öncə dəqiqləşib. Bu qarşılaşma 23:00-da start götürəcək.
Qeyd edək ki, Amsterdamdakı oyunun qalibi 1/4 final matçını Bakı Olimpiya Stadionunda keçirəcək.