Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 15:00
Qonaqlıqda çəkdirdiyi fotoda özünü gördükdən sonra həyat tərzini dəyişdirməyin vaxtının gəldiyini anlayan qadın 77 kiloqram arıqlayıb.
"The New York Post" onun hekayəsini paylaşıb.
Məlumata görə, Şotlandiyanın Folkerk şəhərinin 21 yaşlı sakini atası qəflətən xərçəngdən vəfat etdikdən sonra stresdən "fastfood"la qidalanmağa başlayıb. Tənha həyat tərzi keçirən Lora Neil getdikcə kökəlməyə başlayır və nəticədə çəkisi 143 kiloqrama çatır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ancaq qonaqlıqdakı şəkildən sonra qadın özünü ələ almağa qərar verib. Onun ana olmaq istəyi isə daha bir motivasiyaedici amil olub.
"Uşaq sahibi olmaq üçün arıqlamağım lazım idi, çünki həkimlər mənə əlavə çəkilərin hamilə qalmağımın qarşısını alacağını dedilər", - deyə qadın danışıb.
Şotlandiyalı qadın arıqlama proqramına qoşulur və sağlam həyat tərzu üçün reseptlər kitabı alır.
Birinci ili o, 54 kq arıqlayır və nəhayət hamilə qalır. Doğuşdan sonra Neil daha 13 kq itirib.
"Mənim enişli-yoxuşlu vaxtlarım oldu, amma hədəfə çatmaqda qərarlı idim", - qadın bildirib.
Hazırda o, 65 kiloqramdır.
Qadın bəzi tanışlarının onu tanımaqda çətinlik çəkdiyini deyərək, bundan məmnun olduğunu vurğulayıb