Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 23:52
ABŞ rəhbərliyi İranın "Press TV" və "Al Alam" televiziya kanallarının internet portallarını bloklayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu gündən etibarən sözügedən qurumların saytlarını ziyarət edərkən müvafiq bildiriş görünür.
"Domen Ticarət Nazirliyinin İxracata Nəzarət İdarəsinin sənaye və təhlükəsizlik məsələləri bürosu və Federal Təhqiqat Bürosunun (FTB) hüquq-mühafizə tədbirləri çərçivəsində ABŞ hökuməti tərəfindən müvafiq əmrə uyğun olaraq bloklanıb", - deyə bildirişdə qeyd olunur.
Bənzər mesaj Yəmən hərəkatı "Ənsar Allah" üsyançı hərəkatına məxsus olan "Al Massira" telekanalının portalına da daxil olarkən görünür.
FTB və ABŞ Ticarət Nazirliyi TASS-ın Vaşinqtondakı müxbirinin baş verənlərlə bağlı sorğusuna hələlik cavab verməyib.
Həmçinin Dövlət Departamenti də İran televiziya kanallarının internet portallarının bloklanması barədə məlumatlara hələlik münasibət bildirməyib.