Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Camal Qaşıqçının qətlində iştirak edənlər ABŞ-da döyüş hazırlığı keçiblər

Camal Qaşıqçının qətlində iştirak edənlər ABŞ-da döyüş hazırlığı keçiblər

Tarix: 23 Iyun 2021 09:48

Səudiyyə Ərəbistanının "The Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçının qətlində iştirak edən dörd sakini daha əvvəl ABŞ ərazisində döyüş hazırlığı keçib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "The New York Times" qəzeti bildirib.

Qəzetin mənbələrinin sözlərinə görə, krallığın xüsusi xidmət orqanlarının əməkdaşları ABŞ Dövlət Departamenti tərəfindən bəyənilmiş müqavilə ilə Birləşmiş Ştatlarda döyüş hazırlığı keçiblər.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, "The Washington Post" qəzetinin müxbiri C.Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

Camal Qaşıqçının qətlində təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb. Jurnalistin öldürülməsində ittiham olunan daha 3 nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum ediliblər.

Daha əvvəl Amerika hakimiyyəti "The Washington Post" qəzetinin icmalçısının qətlində iştiraka görə Səudiyyə Ərəbistanının 16 vətəndaşının ABŞ ərazisinə giriş qadağası haqqında qərar qəbul edib.

Milli.Az


Etiketlər:  Camal Qaşıqçının qətlində iştirak edənlər ABŞ da döyüş hazırlığı keçiblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ