Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 15:15
Müğənni Afət Fərmanqızı Xalq artisti Brilliant Dadaşova ilə aralarında qalmaqal yaşandığını bildirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "7 Canlı" proqramında danışıb. Afət ona ünvanlanan "Kaş aranızda soyuqluq olmazdı" sualını Dadaşovaya aid etdiyini deyib.
İfaçı bildirib ki, mübahisəyə səbəb onun qalmaqallı "Pencu şeş" mahnısı olub:
"Brilliant xanımın sənətini sevirəm. Məlum mahnı ilə bağlı qalmaqalda bilmədi söhbət nədən gedir. Onu səhv məlumatlandırdılar. Dedilər, guya mən tənqid edəni təhqir edirəm. Yox, tənqid deyildi. Məni təhqir etdi, mən də cavab verdim. O, söhbəti yayımlamadım. Kim istəyirsə, jurnalistlər mənimlə əlaqə saxlasın. Ona həmin təhqirləri verim. Yayımlamasınlar, amma görsünlər o təhqiri".