Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xumar Qədimova: “Bu futbolçunun adı çox erotik səslənir”

Xumar Qədimova: “Bu futbolçunun adı çox erotik səslənir”

Tarix: 23 Iyun 2021 15:20

Əməkdar artist Xumar Qədimova maraqlı açıqlamları ilə gündəmə gəlib.

Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, "Space FM"ə qonaq olan sənətçi, azarkeşlik etdiyi futbolçulardan danışıb:

"Mən ispanlara azarkeşlik edirəm. Məşhur futbolçulardan Ronaldinyo, Rivaldo, Zidan və xüsusilə Lizarazyunun adını çəkə bilərəm. Lizarazyunun adı...
Bu futbolçunun adı çox erotik səslənir. Lizarazyuuuu, Lizarazyuuu".
İfaçı, "Futbola baxırsınız?" sualına isə belə cavab verib:

"Bəli, baxıram. 2002-ci ildə dünya çempionatında Koreyanın oyununu yaxından izləyirdim. Onların Hank Yunk Kvan adlı bir futbolçusu vardı.
Onu çox sevirdim. Onu görəndə həyəcanlanırdım. Koreyalı futbolçunu çox sevirdim.

Amma həm də fikirləşirdim ki, mən belə həyəcanlanmamalıyam. Çünki məndən çox uzaqda idi. Hərçənd, gizlətmirəm, onu görəndə ağlım başımdan çıxırdı".


Etiketlər:  Xumar Qədimova futbolçunun adı çox erotik səslənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ