Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 22:00
Britaniyalı rəssam Benksi növbəti dəfə simasını cəmiyyətə göstərmədiyi üçün çəkdiyi əsərlərinin intellektual müəlliflik hüququndan məhrum olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "The Daily Telegraph" qəzeti Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin (EUIPO) iki qərarına istinad edərək xəbər verib.
Məlumatda qeyd olunub ki, budəfəki mübahisələrin səbəbi iki monoxrom qarafitti əsəri - "Bomba ilə qucaqlaşma" və "Aşiq olmuş siçan" olub. Beləliklə son 10 ayda Benksi yaratdığı 6 əsərin əqli müəlliflik hüququndan məhrum olub. Rəssam artıq "İndi gülümsə", "Əlində radar tutan siçan", "Əlində çətir tutan qız" və "Gül tullayan" rəsmlərin şəksiz sahibi sayılmır. Yəni rəsmləri Avropa Birliyi ərazisində istənilən şəxs pulsuz istifadə edə bilər.